Harris rəsmi olaraq Demokratlar Partiyasının prezidentliyə namizədi oldu
Dünya
21.08.2024 09:34
Rəsmi səsvermənin nəticələrinə görə, ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində Demokratlar Partiyasının dövlət başçısı vəzifəsinə namizədi kimi təsdiq edilib.
TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Səsvermə “United Center” qapalı idman arenasında keçirilib. Ondan bir gün əvvəl Harris, prezident Cozef Bayden və həyat yoldaşı Cil orada çıxış edib.
Qeyd edək ki, Harris partiyanın namizədliyini qəbul edən rəsmi çıxışla avqustun 22-də qurultay iştirakçılarına müraciət edəcək.
Töhfə Səməd
tag: Harris, ABŞ, Demokratlar Partiyası, Cozef Bayden,Cil, todaypress.az,