Harris qələbə qazanmaq üçün “Ukrayna kartı”ndan istifadə edir
Dünya
19.09.2024 13:50
ABŞ prezidentliyinə namizəd Kamala Harris və Demokratlar Partiyası Ukraynadakı münaqişədən istifadə edərək, prezident seçkilərinin nəticəsini müəyyən edə biləcək ştatlarda Polşa kökləri olan amerikalıları özlərinə cəlb etməyə çalışırlar.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İddia olunur ki, Harrisin diaspor və etnik icmalarla iş üzrə kampaniya meneceri Filip Yovetski söhbət zamanı bildirib ki, Respublikaçı namizəd Donald Tramp “Ukraynanı satacaq”. Mənbənin məlumatına görə, Harris rəqibi ilə debatda “polşalıların Rusiyaya qarşı tarixi düşmənçiliyindən” və Trampın “Ukraynanı dəstəkləməkdə tərəddüd etməsindən” yararlanıb.
Polşa diasporu ABŞ-də ən böyük diasporalardan biri olmasa da, agentlik yazır ki, onun bir çox nümayəndələri Miçiqan (784 min), Pensilvaniya (758 min) və Viskonsin (481 min) ştatlarında yaşayır. Qeyd olunub ki, Harris sentyabrın 17-dən 22-nə qədər bu ştatlara səfər edəcək.
Nəşr əlavə edib ki, Tramp da öz növbəsində sentyabrın 22-də Pensilvaniyadakı Polşa amerikalılarının məbədini ziyarət etmək və Polşa anti-kommunist həmrəylik hərəkatının abidəsini açmağa hazırlaşır. Agentlik qeyd edib ki, Polşa prezidenti Andjey Duda da həmin vaxt Pensilvaniyada olacaq.
Töhfə Səməd
tag: Kamala Harris, ABŞ, Demokratlar, Seçki,Polşa,Səs,todaypress.az,