Harris prezident seçilsə, “X” bloklanacaq
Dünya
05.11.2024 16:30
“Demokratlar Partiyasının namizədi Kamala Harris ABŞ-də keçirilən prezident seçkilərində qalib gələrsə, “X” sosial şəbəkəsi bağlanacaq”.
TodayPress xəbər verir ki, bunu amerikalı milyarder və sahibkar İlon Mask “YouTube” kanalında bildirib.
O, qeyd edib ki, ABŞ-də senzura həyata keçirən təşkilatlar var. O, bunlardan biri kimi “Virtual Məkanda Nifrətin Təhrikinə Qarşı Mübarizə Mərkəzi”ni göstərib. Sahibkarın sözlərinə görə, Harris prezident olarsa, təşkilat reklamçıları “X”i boykot etməyə məcbur edəcək.
“Biz “X”i təcrid etmək meylinin gücləndiyini görəcəyik və onlar zamanla bu sosial şəbəkəni bağlayacaqlar. Kamalanın rejimi “X”in mövcud olmasına imkan verməyəcək” milyarder əlavə edib.
Günəş Mərd
tag: ABŞ, Harris, Seçki,X Sosial Şəbəkəsi, Prezident, todaypress.az,