Harris İsrail-HƏMAS münaqişəsi ilə bağlı açıqlama verdi

Dünya

30.08.2024 09:20

ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrail-HƏMAS münaqişəsindən, həmçinin Fələstindən danışıb.

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

"Biz atəşkəs və Qəzza zolağında girovların azad edilməsi haqqında mütləq razılıq əldə etməliyik. Bu qarşıdurma artıq başa çatmalıdır" deyə o, bildirib.

Harris, həmçinin əlavə edib ki, o, münaqişənin iki dövlətli həll prinsipinə sadiqdir.

Töhfə Səməd

tag: ABŞ, Qəzza, HƏMAS, Prezidentlik, Münaqişə, İsrail, todaypress.az,