"Harris digər ölkələrin liderləri ilə rəqabət apara bilməyəcək" - Tramp
Dünya
04.08.2024 03:00
Tramp deyib ki, Harris
hakimiyyətə gəlsə, ABŞ-nin böyüklüyünü bərpa edə bilməyəcək
Kamala Harris aşağı IQ səviyyəsinə
görə başqa ölkələrin liderləri ilə rəqabət apara bilməyəcək
TodayPress xəbər
verir ki, bunu ABŞ-nin sabiq prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki
hesabında yazıb.
“Kamala Harris digər ölkələrin
liderləri ilə rəqabət apara bilməyən aşağı IQ-ya malik insandır. Belə adamların
hakimiyyətdə olması ilə ABŞ-ın yenidən böyüklük şansı yoxdur” deyə Tramp yazıb.
O həmçinin əlavə edib ki,
Harris də partiya üzvü prezident Co Bayden kimi iki cümləni dalbadal deyə bilməyəcək.
tag: Tramp, Harris, ABŞ, Seçki, todaypress.az,