Harris dəstəyini artırır

Dünya

07.09.2024 16:41

ABŞ-nin keçmiş vitse-prezidenti və ən nüfuzlu mühafizəkar respublikaçılardan biri olan Dik Çeyni Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verəcək.

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

“248 illik ABŞ tarixində ölkəyə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampdan daha böyük təhlükə törədən şəxs olmayıb. Ona bir daha hakimiyyət etibar edilə bilməz. Mən Harrisə ölkəni tərəfkeşlikdən üstün tutması və Konstitusiyamızı qoruması üçün səs verəcəyəm” Çeyni bildirib.

Xatırladaq ki, sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı Kremlin Kamala Harrisi dəstəkləyəcəyini bildirib. 

Günəş Mərd

tag: Kamala Harris,Rusiya, Tramp, Putin, Prezident ,todaypress.az,