Harris ABŞ-nin həmişə İsrailə kömək etməli olduğunu bildirdi

Dünya

17.10.2024 04:23

1251

Amerika Birləşmiş Ştatları həmişə İsrailə müdafiə sahəsində kömək etməli və bunun üçün lazım olan bütün resursları təmin etməlidir.

TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasından ali dövlət vəzifəsinə namizəd Kamala Harris bildirib.

“Amerika həmişə İsraili qorumalı və onun özünümüdafiə ehtiyacını dəstəkləməli, həmçinin İsrailin İranın, o cümlədən onun regiondakı proksilərinin hücumlarından müdafiə olunması üçün lazımi resurslara malik olması üçün amerikan dəstəyini təmin etməlidir” o, “Fox News” telekanalına müsahibəsində bildirib.

“Mən bu məsələdə qətiyyətliyəm” siyasətçi vurğulayıb.

tag: Kamala, Harrisi, ABŞ, Prezident, Tramp, Seçki, todaypress.az,