Hansı ölkənin BRICS-ə qoşulmaq şansı daha yüksəkdir? Politoloq açıqladı
Dünya
14.10.2024 11:36
“Qərblə uzunmüddətli əlaqələri olan ölkələrin yaxın gələcəkdə BRICS-ə qoşulmaq ehtimalı azdır, lakin Rusiya və Çinə yaxın olan Belarusun assosiasiyaya qoşulmaq şansı yüksəkdir”.
TodayPress xəbər verir ki, bunu “RİA”ya müsahibəsində Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib.
“Düşünürəm ki, Belarus yəqin ki, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) olduğu kimi BRICS-ə qəbul olunacaq” deyə ekspert bildirib.
Onun sözlərinə görə, hazırda NATO üzvü olan Türkiyənin, ABŞ-nin tarixi müttəfiqi Taylandın, eləcə də qərbyönlü kurs üçün lobbiçilik edən qüvvələrə malik Boliviyanın BRICS-ə qoşulmaq şansı aşağıdır.
Töhfə Səməd
tag: BRICS ,Şanxay ,NATO ,ABŞ ,Boliviya ,Rusiya, Çin, todaypress.az,