“Haniyənin qisasını almaq İranın borcudur”

Dünya

31.07.2024 12:48

“İsmayıl Haniyə İran torpaqlarında qətlə yetirildiyinə görə, onun qisasını almaq bizim borcumuzdur”.

TodayPress xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib. 

Xamənei bildirib ki, bununla da İsrail özü üçün ağır cəzaya zəmin yaradıb. 

İran Prezidenti Məsud Pezeşkian isə bildirib ki, İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq: 

"Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq".

Xatırladaq ki, İsmayıl Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olub. İyulun 31-də İsrailin endirdiyi zərbə nəticəsində ölüb. 

Töhfə Səməd

tag: İsmayıl Haniyə, Fələstin, İran, Məsud Pezeşkian, Tehran, todaypress.az,