Hakim partiyanın lideri Cənubi Koreya prezidentini hakimiyyətdən uzaqlaşdırmağa çağırdı

Dünya

06.12.2024 09:38

Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının lideri Han Donq-Hun bildirib ki, prezident Yun Sok-Yolun səlahiyyətləri mümkün qədər tez dayandırılmalıdır. 

TodayPress xəbər verir ki,  bu barədə Cənubi  "Yonhap" agentliyi məlumat yayıb. 

Han Donq-Hun Milli Assambleyada partiya rəhbərliyinin növbədənkənar iclasında deyib:

Onun sözlərinə görə, prezidentin əks-kəşfiyyat komandirinə ölkənin əsas siyasi xadimlərini “dövlət əleyhinə olan qüvvələrə” mənsub olmaqda ittiham edərək saxlamağı tapşırdığı təsdiqlənib.

O, prezidentin prezident səlahiyyətlərini saxlayacağı təqdirdə, hərbi vəziyyətin uğursuz elan edilməsi kimi yenidən “radikal” addımlar atması ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, dekabrın 3-ü axşam saatlarında Yun Sok-Yol “müxalifətin dövlət əleyhinə hərəkətləri” səbəbindən ölkədə hərbi vəziyyət elan edib. Parlamentdə 190 millət vəkili altı saat sonra səs çoxluğu ilə hərbi vəziyyəti ləğv edib. 

Günəş Mərd

tag: prezident, Səlahiyyət ,Hərbi ,Vəziyyət,todaypress.az,