Hakim partiya: “Saakaşvili kənar sifarişləri yerinə yetirib”

Dünya

13.08.2024 11:45

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 2008-ci ilin avqustunda kənardan gələn sifarişlə müharibəyə başlayıb.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasının siyasi şurasının bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, gürcü cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına şübhə ilə yanaşır.

Partiya bunu, 2008-ci ilin avqustunda eks-prezidentin kənardan verilən göstərişləri yerinə yetirməsi ilə əlaqələndirib.   

Qeyd edək ki, avqustun 8-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze yaxın vaxtlarda Saakaşviliyə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıla biləcəyini deyib.

Günəş Mərd

tag: İrakli Kobaxidze , Gürcüstan, Baş Nazir, Saakaşvili,Bəyanat, todaypress.az,