Hakim partiya prezidentliyinə namizədini açıqladı

Dünya

27.11.2024 13:01

Gürcüstan millisinin sabiq futbolçusu Mixail Kavelaşvili ölkə prezidentliyinə namizəd olub.

TodayPress xəbər verir ki, “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili 53 yaşlı futbol veteranının Gürcüstan prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb. 

Seçkilər dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, karyerası ərzində Tbilisi “Dinamo”sunda 6 dəfə Gürcüstan, “Alaniya”da 1 dəfə Rusiya, “Qrasshoppers”lə 1 dəfə İsveçrə çempionu olan sabiq hücumçu “Mançester Siti”nin də formasını geyinib. O, Gürcüstan millisində 46 oyunda 9 qol vurub.


tag: Gürcüstan, Prezident, Gürcü Arzusu, Mixail Kavelashvili , todaypress.az,