Hakim onu bağışlamadı: Almaniya məhkəməsi tanınmış siyasətçiyə hökm oxudu
Dünya
01.07.2024 19:55
Almaniya məhkəməsi radikal
sağçı “Almaniya üçün Alternativ” partiyasının yüksək çinli siyasətçisini cərimələdi.
TodayPress xəbər
verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Qeyd olunub ki, sentyabrda
keçiriləcək seçkilərdə Türingiya əyalətinin şərqindəki qubernator postuna namizədliyini
irəli sürməyi planlaşdıran Björn Höcke, qadağan olunmuş nasist şüarı - “Hər şey
Almaniya üçün” dediyinə görə cərimələnib.
Halle Regional Məhkəməsi
siyasətçini hər biri 130 avro olmaqla, 130 günlük cərimə cəzasına məhkum edib.
O, həmçinin may
ayında konstitusiyaya zidd olan təşkilatın simvollarından istifadə etdiyinə görə
13 min avro məbləğində cərimələnib.
Töhfə Səmədova
tag: Almaniya, Məhkəmə, Cərimə, Nasist, todaypress.az,