Hakerlər Trampın kampaniya hesabını sındırdı
Dünya
11.08.2024 14:10
Hakerlər ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahının daxili internet şəbəkələrinə hücum ediblər.
TodayPrerss xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşr iddia edir ki, iki həftə əvvəl Trmap, Robert adlı hesabdan kampaniya işçisinin daxili yazışmalarının fraqmentlərini ehtiva edən e-poçt məktubları almağa başlayıb.
Tramp komandasının sözçüsü Stiven Çunq bildirib ki, hakerlər ABŞ-yə düşmən olan xarici mənbələrdən bir sıra sənədlərə giriş əldə ediblər.
Hack 2024-cü il seçkilərinə müdaxilə məqsədi ilə həyata keçirilib.
Günəş Mərd
tag: Trmap,ABŞ, Tramp, Namizəd, Prezident, todaypress.az,