Hakerlər ABŞ Konqresinin elektron poçtunu sındırdılar
Dünya
18.11.2024 16:05
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar.
TodayPress xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Qeyd olunub ki, hakerlər Konqreslə kitabxana işçiləri arasında yanvar-sentyabr aylarında apardıqları yazışmalara giriş əldə ediblər.
Konqres Kitabxanası artıq elektron sistemdə haker hücumu üçün istifadə edilən boşluqları aradan qaldırıb.
Nümayəndələr Palatasının və Senatın işçiləri də haker hücumu barədə məlumatlandırılıblar.
Kitabxana hadisə ilə bağlı polisə müraciət edib.
Məlumat sızmasının miqyasının Federal Təhqiqat Bürosu (FTB) tərəfindən öyrəniləcəyi də qeyd edilib.
Günəş Mərd
tag: Haker, ABŞ, Konqres, Kitabxana, Senat, todaypress.az,