Hakan Fidan: "Yaxın Şərqdə müharibə genişlənə bilər"

Dünya

09.05.2025 23:30

8

"Yaxın Şərqdə müharibə genişlənə bilər"

TodayPress xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: “Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.

H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: “Çox ciddi humanitar fəlakətlə üz- üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil. Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.

tag: Hakan Fidan,Türkiyə, Müharibə, XİN, todaypress.az,