Hakan Fidan Vladimir Medinski ilə görüşəcək
Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Sözçü bildirib ki, görüş İstanbulda Dolmabahçe sarayında baş tutacaq.
tag: Türkiyə, XİN, Hakan Fidan, Rusiya, todaypress.az,