Hakan Fidan Ukrayna münaqişəsinin həlli yolunu açıqladı

Dünya

03.11.2024 10:35

“Ukrayna münaqişəsinin ədalətli həlli Ukraynanın ərazi bütövlüyünün qorunmasından keçir”.

TodayPress xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Hər iki tərəflə xüsusi münasibətimiz var. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” deyə o qeyd edib.

Nazirin sözlərinə görə, hər iki tərəfin ehtiyatlarının tükənməsi 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər.

Günəş Mərd 

tag: Ukrayna,Rusiya,Türkiyə,Hakan Fidan,Münaqişə,Todaypress.az,