Hakan Fidan: "Ukrayna danışıqlarının formatı hələ müəyyən edilməyib"
Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 15-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların formatının hələ müəyyən edilmədiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
"Amerika nümayəndə heyəti İstanbula gəlir, Rusiya nümayəndə heyəti də gələcək. Bu gün Ukraynanın xarici işlər naziri ilə Antaliyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində yenidən görüşəcəyəm. Bizim üçün ən qısa zamanda atəşkəsə nail olmaq və sistemli sülh danışıqlarına başlamaq vacibdir. Mən əldə etdiklərimizdən bir qədər məmnunam. Biz bu müharibəni dayandırmaq istəyirik” türkiyəli nazir deyib.
Töhfə Səməd
tag: Türkiyə,XİN,Hakan Fidan,Ukrayna ,NATO ,todaypress.az,