Hakan Fidan Suriyadakı döyüşlərdən danışdı

Dünya

30.11.2024 16:39

Türkiyə hökumətinin Suriyanın İdlib və Hələb əyalətlərində hökumətyönlü qoşunlarla müxalif qüvvələr arasında gedən döyüşlərlə heç bir əlaqəsi yoxdur. 

TodayPress Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, qeyd edib ki, Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır. 

“Ehtiyat tədbirləri görülür. Yeni miqrasiya dalğasına səbəb olacaq heç bir addım atmayacağıq” deyə XİN başçısı bildirib.

tag: Türkiyə,Hələb, Miqrasiya,Suriya,todaypress.az,