Hakan Fidan Putinlə görüşdü

Dünya

11.06.2024 23:37

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyada rəsmi səfərdədir.

TodayPress xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında yer alan məlumata görə, Hakan Fidan BRİKS+ görüşündə iştirak etmək və ikitərəfli əlaqələr qurmaq üçün Rusiyaya rəsmi səfər edib. Hakan Fidanı Kremldə qəbul edən Rusiya prezidenti Vladimir Putin görüşdə "Türkiyə ilə Rusiya arasında əlaqələr həqiqətən yaxşı gedir. Ticarətlə bağlı atılacaq addımlar var" deyib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını Rusiya prezidentinə çatdıran Fidan, Türkiyənin Ukrayna ilə bağlı bütün mümkün vasitəçilik fəaliyyətlərini davam etdirmək əzmində olduğunu diqqətə çatıdırıb: “Suriya ilə bağlı irəli sürdüyünüz sabitlik siyasətini davam etdirmək üçün əlimizdən gələni edirik" deyə vurğulayıb.

GÜNEL

tag: Vldamiri Putin, Hakan Fidan, Türkiyə, Rusiya, BRİKS, todaypress.az,