Hakan Fidan Misirə səfər edəcək
Dünya
03.08.2024 21:23
Avqustun 4-də Türkiyənin
xarici işlər naziri Hakan Fidan Misir Ərəb Respublikasına rəsmi səfər edəcək. Səfər
çərçivəsində Hakan Fidanın Türkiyədən Qəzzaya göndərilən humanitar yardımla
bağlı Əl-Əriş və Rəfah sərhəd-keçid məntəqələri, eləcə də Misirin Qızıl Aypara
Cəmiyyətinin logistika mərkəzini ziyarət etməsi gözlənilir.
TodayPress xəbər verir
ki, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumatda səfər zamanı ikitərəfli
siyasi, iqtisadi, mədəni əlaqələr və bölgədə baş verən son hadisələrin də
müzakirə olunacağı vurğulanıb.
Misirin xarici işlər,
miqrasiya və xaricdəki misirlilər naziri Bedr Abdulatinin dəvəti ilə baş
tutacaq səfər zamanı iki nazirin ilk rəsmi görüşü keçiriləcək.
Nazirlər, həmçinin Misir
Prezidenti Əbdülfəttah Əs-Sisin Türkiyəyə planlaşdırılan səfəri zamanı keçiriləcək
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısına hazırlıq məsələləri
ətrafında fikir mübadiləsi aparacaq, iclasda imzalanması gözlənilən 20-yə yaxın
sazişlə bağlı mövcud vəziyyəti dəyərləndirəcəklər.
Görüş zamanı enerji, səhiyyə,
turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları, eləcə
də iki ölkə arasında 10 milyard dollara yaxınlaşan ticarət həcminin 15 milyard
dollara çatdırılması hədəfinin müzakirəsi də gözlənilir.
tag: Hakan Fidan, Misir, XİN, Türkiyə, Səfər, todaypress.az,