Hakan Fidan İranda görüşlər keçirdi

Dünya

31.07.2024 02:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, Türkiyənin XİN başçısı İrana səfəri zamanı Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə ikitərəfli görülər keçirib.

Görüşlərdə regionda baş verən proseslər və iki tərəfli münasibətlər müzakirə edilib.

tag: Hakan Fidan, Türkiyə , XİN, İran, Andiçmə mərasimi, todaypress.az,