Hakan Fidan Bəşər Əsədlə bağlı açıqlama verdi

Dünya

08.12.2024 15:15

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə rəhbərliyinin dialoq çağırışlarına baxmayaraq, Ankaranın Suriya prezidenti Bəşər Əsədlə heç bir əlaqəsinin olmadığını bildirib. 

TodayPress xəbər verir ki, o, bunu Dohada keçirdiyi mətbuat konfransında deyib.

“Əsədlə heç bir görüşümüz, əlaqəmiz olmayıb”  deyə nazir vurğulayıb.

Hakan Fidan diqqətə çatdırıb ki, Türkiyə qonşu ölkələrlə birlikdə Suriyanın yenidən qurulması və problemlərinin həlli üçün əlində olan bütün imkanlardan istifadə edərək Dəməşqdə yeni administrasiya ilə işləməyə davam edəcək.

tag: Suriya ,Ankara, Bəşər Əsəd , Doha ,todaypress.az,