Hakan Fidan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfidir"

Dünya

30.08.2024 08:47

"Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır". 

TodayPress “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. 

O, əlavə edib ki, Ankara bu istiqamətdə müsbət gündəmlə irəliləməyə sadiqdir. 

“Türkiyə üçün Aİ-yə üzvlük mühüm strateji hədəfdir. Bunu prezidentimiz dəfələrlə vurğulayıb. Biz bu istiqamətdə müsbət yanaşma ilə irəliləmək istəyirik. Avropa İttifaqı da oxşar münasibət sərgilərsə, bu, hamı üçün faydalı olacaq” deyə nazir qeyd edib. 

Qeyd edək ki, Türkiyə 1999-cu ildə Aİ-yə namizəd statusu alıb.

Günəş Mərd

tag: Türkiyə, Avropa İttifaqı, Ankara ,Prezident, Hakan Fidan, todaypress.az,