Hakan Fidan: "3-cü Dünya Müharibəsi riski var"
Dünya
25.06.2024 01:00
“Dünya həqiqətən də 3-cü Dünya Müharibəsini gözləyir”.
TodayPress xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Habertürk-ə gündəmlə bağlı verdiyi açıqlamada deyib.
Ukrayna-Rusiya arasında davam edən müharibənin son dərəcədə vacib olduğuna diqqət çəkən nazir, “Ukrayna məsələsi son dərəcə vacibdir. Davam edən müharibənin bölgəyə və dünyaya bədəli çox böyükdür və ən pisi də odur ki, bu risk böyüyə və yayıla bilər. Nüvə silahlarının ön plana çıxma ehtimalı da var. Bunu Çin və Rusiyaya səfərim zamanı gördüm. Müharibə başqa yerə yayılmayıb, amma görürük ki, dünyada parçalanma artmaqdadır” deyə qeyd edib.
Rusiyanın, Çin və İranın struktur tərəfdaşlığına doğru irəlilədiyini deyən Fidan Ukrayna ilə sülhün vacibliyini vurğulayıb.
Dünyada baş verən qarşıdurmalarla bağlı suala cavabında Hakan Fidan dünyanın Üçüncü Dünya Müharibəsi astanasında olduğuna işarə edib:
"Böyük müharibə, böyük sülh" prizamsından baxsaq Dünya həqiqətən də regional və qlobal müharibəni, o cümlədən 3-cü Dünya Müharibəsini gözləyir. Düşünürəm ki, dünya bu ssenarini, bu təhlükəni ciddi qəbul etməlidir. Belə bir risk var. Biz bunu əvvəldən deyirik. Bu, həqiqətən hesablanmış bir şeydir”.
GÜNEL
tag: Hakan Fidan, Xarici İşlər Naziri, Türkiyə, Ukrayna, todaypress.az,