Haiti sahillərində qayığın yanması nəticəsində 40 miqrant həlak oldu

Dünya

20.07.2024 23:17

1244

Haitinin şimalında səyahət etdikləri qayığın yanması nəticəsində azı 40 miqrant ölüb, bir neçə nəfər isə yaralanıb.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, içərisində 80 nəfərdən çox insan olan qayıq Labadidən 250 kilometrlik bir səyahətlə Turks və Kaykos adalarına yola düşüb. Lakin bədbəxtlikdən Haitinin şimalında Kap-Haitien sahillərində qayıq alovlanıb. Hadisə nəticəsində azı 40 miqrant ölüb, bir neçəsi isə yaralanıb.

Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) məlumatına görə, bu il 86 mindən çox miqrant qonşu ölkələr tərəfindən Haitiyə zorla qaytarılıb.

Nəzrin Cavadzadə

tag: Haiti, Miqrant, Qayıq, İOM, todaypress.az,