"Haber Global" telekanalının əməkdaşı silahlı hücumda öldürüldü
Dünya
14.12.2024 22:20
Türkiyənin "Haber Global"
telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş İstanbulda silahlı hücumda
öldürülüb.
TodayPress "Haber Global"a istinadən xəbər
verir ki, telekanalın 27 yaşlı əməkdaşına hücumda şübhəli bilinən 4 nəfər
saxlanılıb.
Məlumata görə, Məhərrəm Can Kurtuluş öz avtomobilini
İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, dayanacaqda dörd
nəfərin məmurlarla mübahisə etdiyini görüb və tərəfləri sakitləşdirməyə
çalışıb. Onlar sakitləşməyərək Kurtuluşla mübahisə etməyə başlayıblar.
Ətrafdakıların müdaxiləsi ilə tərəfləri ayırıblar.
Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş
avtomobilinə minərkən mübahisə etdiyi dörd şübhəli onun qarşısını kəsib.
"Haber Global"in əməkdaşı güllələnib, şübhəlilər isə hadisə yerindən
qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polisin məlumatına görə, şübhəlilərin qaldıqları
ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 tərəzi və 1 kq
200 qram narkotik vasitə götürülüb.
tag: Haber Global, Türkiyə, Telekanal,Məhərrəm Can Kurtuluş, todaypress.az,