Haaqa Ukraynaya silah tədarükünü dayandırmağı tələb etdi
Dünya
03.09.2024 20:14
Qərb ölkələrinin Ukraynaya silah tədarük etməsinə
qarşı Haaqada etiraz aksiyası keçirilib.
TodayPress xəbər verir ki, bu barədə ”RİA” məlumat yayıb.
Nümayişçilər Hollandiyanın Nümayəndələr Palatasına “Sülh
üçün silah yoxdur”, “Rusiya ilə müharibə yoxdur” və “Qərb liderləri yalnız
üçüncü dünya müharibəsini təhrik edir” sözləri yazılmış plakatlarla
yaxınlaşıblar.
Agentlik aksiyanın dinc şəraitdə polis əməkdaşlarının
nəzarəti altında keçirildiyini vurğulayıb.
Aynur TAC
tag: Haaqa,Rusiya, Qərb, müharibə,todaypress.az,