H5N1 quş qripindən ilk ölüm qeydə alındı

Dünya

07.01.2025 09:38

1073

ABŞ-də H5N1 tipli quş qripindən ilk ölüm halı ölkənin Luiziana ştatında qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə yerli səhiyyə departamenti məlumat yayıb.

Şöbədən verilən məlumata görə, yaşı 65-dən yuxarı olan şəxsin bir sıra müşayiət olunan xəstəlikləri olub. Onun vəhşi və ev quşları ilə təmasdan sonra quş qripinə yoluxmasına aydınlıq gətirilib. 

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonlarında ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə ilk ağır xəstəliyə yoluxmuş bir xəstədə quş qripinin mutasiyasını aşkar etdiyi bildirmişdi. 

Günəş Mərd

tag: ABŞ ,Virus ,H5N1, Ölüm, todaypress.az,