Gürcüstanla Rusiya arasındakı keçid məntəqəsi bağlandı

Dünya

28.11.2024 18:50

Gürcüstanla Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsi güclü qar yağdığına görə müvəqqəti fəaliyyətini dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Dəryal vadisində mürəkkəb meteoroloji duruma görə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Hazırda buraxılış məntəqəsi vasitəsilə malların idxalı və ixracı, habelə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilməsi mümkün deyil. Məntəqənin hava şəraiti yaxşılaşdıqdan sonra fəaliyyətini davam etdirəcəyi qeyd olunub.

tag: Gürcüstan,Rusiya,Keçid,Məntəqə,Gömrük,Kazbeqi,todaypress.az,