Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi artdı

Dünya

23.12.2024 10:28

2024-cü ilin yanvar-noyabr aylarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4% artaraq 2,3 milyard dollar təşkil edib, Rusiyaya ixrac isə təxminən 5% artıb.

TodayPress xəbər verir ki, bu barədə  “Sputnik Gürcüstan” məlumat yayıb. 

2024-cü ilin 11 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 10,7% təşkil edib.

Eyni zamanda Rusiya 2024-cü ildə Gürcüstana ən böyük taxıl tədarükçüsü olaraq qalıb. Statistikaya görə, cari ilin yanvar-noyabr aylarında Rusiyadan Gürcüstana 299,3 min ton buğda idxal edilib.

   

Günəş Mərd

tag: Gürcüstan,Xarici, Ticarət ,Rusiya ,todaypress.az,