Gürcüstanın müxalifət lideri keçirilən mitinqdə saxlanıldı
Dünya
05.12.2024 01:14
Gürcü
polisi Tbilisidə keçirilən mitinq zamanı yunan-Roma güləşi üzrə ikiqat dünya
çempionu olan müxalifət lideri Zurab Datunaşvilini saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Məlumata görə, Datunaşvili meydanda baş verən dava zamanı saxlanılıb.
Gürcüstanda
hökumət əleyhinə mitinqlərin sonuncu dalğası noyabrın 28-də başlayıb.
Aynur TAC
tag: Aksiya, Tblisi, Gürcüstan, Müxalif İdmançı, Güləş, todaypress.az,