Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara XƏBƏRDARLIQ etdi
Dünya
29.11.2024 20:13
Gürcüstanın Daxili İşlər Nazirliyi
Tbilisidəki etirazçılara qanun çərçivəsindən kənara çıxmamaları ilə bağlı
çağırış edib.
TodayPress xəbər verir ki, ölkənin daxili işlər nazirinin
müavini Aleksandr Daraxvelidzenin keçirdiyi brifinqdə etdiyi çağırışda deyilir:
“Sosial şəbəkələrdə müxtəlif strateji əhəmiyyətli
obyektləri bloklamağa çağırışlar, o cümlədən televiziya kanallarını, dəmir yolu
stansiyalarını, mərkəzi magistralları və digər əsas obyektləri piket etməklə
bağlı fikirlər səsləndirilir. Mitinqin təşkilatçılarına və iştirakçılarına
xatırlatmaq istərdik ki, Gürcüstan qanunvericiliyi aksiya və nümayişin
keçirilməsinin hüquqi çərçivələrini və miqyasını detallı şəkildə müəyyən edir,
bu da aksiyaların sülhə bərabər xarakterini, ictimai təhlükəsizliyi, müxtəlif
təsisatların düzgün fəaliyyətini və nəqliyyatın normal işini təmin etməyə
yönəlib”.
O eyni zamanda xatırladıb ki, belə cinayətlər 3 ilə qədər
azadlıqdan məhrumetmə ilə nəticələnir.
tag: Gürcüstan, DİN,Xəbərdarlıq, Etiraz, Aksiya, Tblisi, todaypress.az,