Gürcüstanın daha bir diplomatı istefa verdi
Dünya
03.12.2024 13:20
Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqlara başlamaq məsələsini dondurmaq barədə bəyanatından sonra ölkənin istefa verən altıncı diplomatı olub.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb.
“Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdim. İyirmi ilə yaxındır ki, ölkəmin milli maraqlarına xidmət etmək, onun Avro-Atlantik inteqrasiyasına töhfə vermək, suverenliyini və ərazi bütövlüyünü qorumaq böyük şərəfdir” deyə diplomat öz istefasında bildirib.
Xatırladaq ki, noyabrın 28-də Kobaxidze bildirib ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəliyə salmamaq və Aİ-nin bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.
Günəş Mərd
tag: Gürcüstan, İstefa, Diplomat, Kobaxidze, todaypress.az,