Gürcüstanın Çexiyadakı səfiri istefa verdi
Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqların başlanması məsələsinin dondurulması ilə bağlı bəyanatından sonra istefa verib.
TodayPress xəbər verir ki, bu haqda o öz “X” hesabında məlumat verib.
“Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən
istefa verdim. Demək olar ki, iyirmi ilə yaxındır ölkəmin milli maraqlarına
xidmət etmək, onun Avro-Atlantik bölgəyə inteqrasiyasını təşviq etmək, onun
suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəfdir. Mən
Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!” deyə o bildirib.
Qeyd edək ki, Maisuradze ölkənin
istefa verən altıncı diplomatı olub
tag: Gürcüstan, Çexiya, İstefa, Səfir, todaypress.az,