Gürcüstanın Baş naziri Trampa məktub yazdı

Dünya

13.05.2025 18:30

10

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa və vitse-prezident Ceyms Devid Vensə məktub ünvanlayaraq, Tbilisinin münasibətləri yenidən qurmaq istəyinə Vaşinqtonun cavab verməməsindən narahatlıq ifadə edib. 

TodayPress xəbər verir ki, Baş nazir bu barədə bəyanatını “Facebook” səhifəsində yayımlayıb.

Kobaxidze qeyd edib ki, bir neçə həftə əvvəl Gürcüstan-ABŞ münasibətlərinin sıfır nöqtədən yenidən başlanmasına dair açıq çağırışla çıxış edib və bunun ardınca rəsmi məktub göndərilib. Lakin indiyədək nə məktuba, nə də ictimai bəyanatlara ABŞ tərəfindən heç bir cavab verilməyib.

“Hazırda Gürcüstan və ABŞ hakimiyyəti arasında ən yüksək səviyyədə heç bir təmas yoxdur. Bu susqunluq həm Gürcüstan xalqında, həm də hökumətində təəccüb doğurur” deyə Baş nazir bildirib.

O əlavə edib ki, Tbilisi hələ də ABŞ-nin “dərin dövlət” üzərində qələbə qazanacağına və bunun Gürcüstanla strateji tərəfdaşlığın bərpasına töhfə verəcəyinə ümid edir:

“Biz bu prosesə böyük ümidlər bağlayırıq” deyə Kobaxidze vurğulayıb.

Qiymət Mahir

tag: Gürcüstan,Baş nazir,