Gürcüstanın Baş naziri prezidentin vəzifədən getməsindən danışdı
Dünya
01.12.2024 15:10
"Gürcüstanın Prezidenti Salome Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək".
TodayPress xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, Salome Zurabişvilinin səlahiyyətlərini təhvil verməkdən imtina etməsinə baxmayaraq, rezidensiyanı tərk etmək məcburiyyəti yaranacaq.
O, qeyd edib ki, Gürcüstanda təkrar parlament seçkiləri keçirilməyəcək.
tag: Salome Zurabişvili, Gürcüstan, Prezident,İrakli Kobaxidze,todaypress.az,