Gürcüstanın baş naziri müxalifətin parlamentə qayıtması haqqında danışdı

Dünya

01.11.2024 09:52

"Gürcüstan müxalifəti boykotla bağlı bəyanatlara baxmayaraq, ölkə parlamentinin yeni çağırışına qoşulacaq". 

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində bildirib.

"Mən əminəm ki, onlar parlamentə təsəvvür ediləndən daha tez daxil olacaqlar" deyə Gürcüstanın baş naziri əlavə edib.

Kobaxidzenin fikrincə, müxalifət partiyalarının boykotu davam etdirmək üçün kifayət qədər resursları yoxdur. 

Kobaxidze bir qədər əvvəl bildirmişdi ki, Gürcüstanın Qərblə münasibətləri 2025-ci ilin birinci rübündə yaxşılaşmağa başlayacaq.

Töhfə Səməd

tag: Baş Nazir, Gürcüstan, Kobaxidze, Qərb, todaypress.az,