Gürcüstanın Baş naziri müxalifətə seçkilərlə bağlı çağırış etdi
Dünya
01.11.2024 01:10
“Müxalifətin saxtakarlıqla bağlı
ittihamlarına baxmayaraq, Gürcüstanda keçirilən parlament seçkilərində ciddi
pozuntuları göstərən faktlar yoxdur”.
TodayPress xəbər verir ki, bunu Gürcüstanın Baş naziri
İrakli Kobaxidze deyib.
“Əslində, saxtalaşdırmadan söhbət getdiyindən yox, bu
seçkilərdə hər hansı ciddi qanun pozuntusunun ola biləcəyini göstərən faktlar
yoxdur” deyə o qeyd edib.
O qeyd edib ki, müxalifətin saxtalaşdırmanın olmadığını
bəyan etməkdən başqa yolu yoxdur.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri
keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticəyə
əsasən “Gürcü Arzusu” 54,24% səs toplayıb. Hakim partiyanı 1 087 801 seçici
dəstəkləyib. Gürcüstanda dörd qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə
37,33% səs toplaya bilib.
İlkin rəsmi nəticələr açıqlandıqdan sonra qələbə
münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir İrakli
Kobaxidzeni təbrik edib. Həmçinin bu seçkidə 13 azərbaycanlı deputatlığa
namizəd olub, onlardan üçü parlamentə seçilib.
tag: Gürcüstan, Seçki, Baş Nazir, Müxalifət, todaypress.az,