Gürcüstanın Baş naziri Ararat Mirzoyan ilə görüşdü
Dünya
03.07.2024 19:39
Gürcüstanın Baş naziri İrakli
Kobaxidze Tbilisidə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan ilə görüşüb.
TodayPress xəbər verir ki,
hökumət ofisində keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın
yaradılmasına dair birgə bəyannamə ilə müəyyən edilmiş əməkdaşlığın istiqamətlərinə
diqqət yetirilib. Söhbətdə ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi
baxımından mövcud potensialdan istifadənin vacibliyinə toxunulub.
Tərəflər regionda mövcud vəziyyət
və təhlükəsizlik problemlərini müzakirə ediblər. Sülh və sabitliyin vacibliyi
vurğulanıb.
Hökumət başçısı deyib ki, Gürcüstan təhlükəsiz və sabit mühitin yaradılması məqsədilə regionda konstruktiv dialoqun aparılmasına töhfə verməyə hazırdır.
tag: Gürcüstan, Ermənistan, Mirzoyan, Kobaxidze, todaypress.az,