Gürcüstanın baş naziri ABŞ-nin sanksiyalarını hücum adlandırdı
Dünya
11.06.2024 19:37
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-nin sanksiyalarını hücum adlandırıb.
TodayPress TASS informasiya agentliyinə istinadla xəbər verir ki, baş nazir ABŞ-nin Gürcüstan hakimiyyətinə qarşı tətbiq etdiyi sanksiyaların təhqiramiz olduğunu bildirib.
Amerikanın tətbiq etdiyi sanksiyaların qeyri-ciddi olduğunu qeyd edən naş nazir, “Baxmayaraq ki, sanksiyalar qeyri-ciddi olmaqla yanaşı, həm də ölkəmizi və xalqımızı təhqir edir. Bu da tərəfdaşlıq ruhuna uyğun deyil” deyə siyasətçi bildirib.
Kobaxidze Vaşinqtonun qərarına yenidən baxılacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, ABŞ iyunun 6-da Gürcüstan rəhbərliyinə qarşı sanksiya tətbiq etmişdi.
GÜNEL
tag: ABŞ, Gürcüstan, Sanksiya, Kobaxidze, todaypress.az,