Gürcüstanın Aİ-yə üzvlüyünün dayandırılması canlı yayımda müzakirə ediləcək

Dünya

03.12.2024 19:10

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqına (Aİ) üzvlük prosesinin dayanadırılması bəyanatı ilə bağlı ictimai müzakirə aparmağa hazır olduğunu bildirib.

TodayPress xəbər verir ki, müvafiq bəyanat hökumətin rəsmi “Facebook” səhifəsində dərc olunub.

“İctimaiyyətə məlum olduğu kimi, noyabrın 28-də komandamızın verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirəyə hazır olduğumuzu dəfələrlə bildirmişik. Artıq bir neçə keçmiş və indiki siyasətçi belə bir ictimai müzakirədə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Biz təklif edirik ki, onlar sabah on nəfərlə birgə canlı yayım formatında ictimai müzakirə keçirmək üçün Gürcüstan hökumətinin administrasiyasının binasına gəlsinlər" deyə orada qeyd edilib.

tag: Gürcüstan,Kobaxidze,Aİ,Canlı,todaypress.az,