Gürcüstanın Aİ-yə üzvlüyü donduruldu
Gürcüstanın Avropa İttifaqına üzvlüyü praktiki olaraq dondurulub.
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib:
“Hazırda Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər çox çətin dövrdədir. Biz dəfələrlə təkrar etmişik ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın Avropaya inteqrasiya istəklərinə mənfi təsir göstərəcək. Təəssüf ki, belə də oldu”.
Onun sözlərinə görə, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edildikdən sonra Avropa İttifaqının bununla bağlı görəcəyi cavab tədbirləri gələn həftə Lüksemburqda qurumun xarici işlər nazirləri səviyyəsində müzakirə olunacaq.
Günəş Mərd
tag: Gürcüstan, Avropa, Pavel Qerçinski, Qanun, todaypress.az,