Gürcüstanın Aİ-yə qoşulması prosesi dayandırıldı
Dünya
09.07.2024 16:07
“Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb”.
TodayPress “CNN”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskiy deyib.
Onun sözlərinə görə, ölkənin hazırkı rəhbərliyinin niyyəti Aİ liderləri üçün aydın deyil:
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən sənəd xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və media orqanlarının xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.
Töhfə Səməd
tag: Gürcüstan,Avropa İttifaqı, Pavel Qerçinskiy, Bəyannamə, todaypress.az,