Gürcüstandakı etirazlarda 107 nəfər saxlanıldı
Dünya
30.11.2024 09:50
Gürcüstanda etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyi açıqlayıb.
Nazirlikdən bildirilib ki, cümə və şənbə gecəsi etirazçılarla toqquşmalar nəticəsində on polis əməkdaşı yaralanıb.
Tbilisidə parlament binası yaxınlığında etirazçılar infrastruktura ziyan vurub, müxtəlif obyektləri yandırıb, darvazalara və müşahidə kameralarına zərər veriblər.
“Asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə edilib.107 nəfər saxlanılıb” məlumatda deyilir.
Həbslər xuliqanlıq və ya polisə tabe olmama maddələri ilə həyata keçirilib.
Günəş Mərd
tag: Gürcüstan, Etiraz, DİN, Asayiş, Polis, todaypress.az,