Gürcüstandakı aksiyalarında saxlanılanların 30 %-i xarici vətəndaşlardır
Tbilisidəki etiraz aksiyalarında
saxlanılanların 30 %-i xarici vətəndaşlardır.
TodayPress xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının icraçı
katibi Mamuka Mdinaradze brifinqdə bildirib.
M.Mdinaradze qeyd edib ki, saxlanılanlar arasında Rusiya,
ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var.
"Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan
əlavə, keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan üçün” və “Birləşmiş Milli
Hərəkat” partiyasının fəalları da olub" partiya rəsmisi deyib.
tag: Tblisi, Aksiya, Xaricilər, Mamuka, Giorgi Qaxariya, todaypress.az,