Gürcüstanda zəlzələ oldu

Dünya

19.04.2025 17:12

56

Gürcüstanda zəlzələ baş verib.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 14:50-də baş verib. 

Zəlzələnin episentri Raça-Leçxumi bölgəsinin Oni şəhərindən 7 kilometr cənub-şərqdə, İri kəndi ərazisində yerləşib.

Yeraltı təkanların maqnitudası 3,1 bal (ML) təşkil edib.

Zəlzələnin nəticələri araşdırılır.

tag: Gürcüstan,Zəlzələ,Hadisə,Seysmologiya,Todaypress.az,