Gürcüstanda zəlzələ oldu
Dünya
28.12.2024 18:25
Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.
TodayPress Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat yayılıb.
Məlumata görə, qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
tag: Gürcüstan ,Zəlzələ, kilometr, Seysmik, todaypress.az,