Gürcüstanda zəlzələ, Azərbaycanda da hiss olundu

Dünya

22.07.2024 12:47

Gürcüstanda 4,8 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar Azərbaycanın rayonlarında da hiss olunub.

TodayPress xəbər verir ki, bu barədə Respublika Seysmoloji Mərkəzdən məlumat verilib.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

tag: Gürcüstan, Zəlzələ, Azərbaycan, Ağstafa, Tovuz, Balakən, Zaqatala, todaypress.az,